Məşqçilərin yeni reytinqi: Qurbanov və Bordin irəlilədi

Məşqçilərin yeni reytinqi:  Qurbanov və Bordin irəlilədi
ÖLKƏ FUTBOLU 7 Dekabr 2018 / 10:38 2261
-  A +

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qol.az-ın məlumatına görə, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 452-ci pillədə yer alıb. Qurbanovun ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 968-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyib.


Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone qərarlaşıb. "Qremio"nun baş məşqçisi Renato Qauço isə 3-cüdür.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı