"Zirə" "Qarabağ"la oyuna 5 itki ilə çıxacaq

"Zirə" "Qarabağ"la oyuna 5 itki ilə çıxacaq
ÖLKƏ FUTBOLU 7 Dekabr 2018 / 10:15 1561
-  A +

Topaz Premyer Liqanın 14-cü turunda "Qarabağ"ı qəbul edəcək "Zirə" oyuna ciddi itkilərlə çıxacaq.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, Samir Abasov Ağdam təmsilçisi ilə görüşdə 5 aparıcı futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Bunlar yarımmüdafiəçilər Bilal Həmdi, Kamal Mirzəyev, İlkin Muradov, Vüqar Mustafayev və hücumçu Pərdis Fırcad-Azaddır.

Əlcəzairli Bilal Həmdi son turda "Qəbələ" ilə oyunda qırmızı vərəqə alıb. V.Mustafayev zədəlidir. Digərləri isə sarı vərəqə limitini doldurdğu üçün ilin son oyununu buraxacaqlar.

Qeyd edək ki, "Zirə" - "Qarabağ" oyunu dekabrın 9-da keçiriləcək.

Daha çox


Son xəbərlər