Millimizin üzvünün komandası "Fənərbaxça"ya uduzdu

Millimizin üzvünün komandası "Fənərbaxça"ya uduzdu
DÜNYA FUTBOLU 7 Dekabr 2018 / 00:05 2767
-  A +

Türkiyə kubokunda 1/16 final mərhələsinin ilk oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, Superliqa klubu "Fənərbaxça" U-21 millimizin üzvü Ozan Can Kökcünün şərəfini qoruduğu birinci liqa təmsilçisi "Giresunspor"u qəbul edib. Matç İstanbul klubunun minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.

"Fənərbaxça" - "Giresunspor" - 1:0
Qol:
İslam Slamini, 80

Kökcünün adı zədə səbəbindən iştirak ərizəsinə daxil edilməyib.

Qeyd ki, bu komandalar arasında cavab görüşü  18, 19 və ya 20 dekabr tarixində keçiriləcək.

 

Son xəbərlər
26.05.19  12:23

"Fiorentina" satılır

26.05.19  11:08

Messi bunu da bacardı

26.05.19  10:25

Hakim qol vurdu - Video

25.05.19  17:09

Ronaldo oynamayacaq