UEFA "Reyncers"ə qarşı intizam işi açdı

UEFA "Reyncers"ə qarşı intizam işi açdı
DÜNYA FUTBOLU 6 Dekabr 2018 / 21:38 1848
-  A +

UEFA Şotlandiyanın "Reyncers” klubuna qarşı intizam işi açıb.

Qol.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə,  buna səbəb Qlazqo təmsilçisinin azarkeşlərinin Avropa Liqasının 5-ci turunda "Vilyarreal”la ev oyunu (0:0) zamanı davranışları olub.

Stiven Cerrardın çalışdırdığı komandanın fanatlar görüş zamanı meydana daxil olub. Bundan başqa, onlar meydana kənar əşyalar atıblar.

Qeyd edək ki, UEFA İntizam Komitəsi məsələ ilə bağlı dekabrın 13-də qərar verəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord