"Fənərbaxça"dan Ersun Yanala rəsmi təklif

"Fənərbaxça"dan Ersun Yanala rəsmi təklif
XƏBƏR 6 Dekabr 2018 / 18:02 2543
-  A +

"Fənərbaxça" sabiq baş məşqçisi Ersun Yanalla danışıqlara başlayıb.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, 56 yaşlı mütəxəssislə görüşən klubun vitse-prezidenti Semih Özsoy ona 6 aylıq müqavilə təklif edib. Lakin tərəflər arasıında razılıq əldə olunmayıb. Buna baxmayaraq, İstanbul nəhənginin təcrübəli məşqçi ilə danışıqları davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, E. Yanal 2013-2014-cü illərdə də "Fənərbaxça"nı çalışdırıb və həmin mövsüm komandanı çempion edib.


Son xəbərlər