"Kəpəz" uduzsa da, topla oynaya bildiyini göstərdi"

"Kəpəz" uduzsa da, topla oynaya bildiyini göstərdi"
XƏBƏR 6 Dekabr 2018 / 17:15 1857
-  A +

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/8 final mərhələsində səfərdə "Kəpəz"i 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini açıqlayıb.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən yaydığı xəbərə görə, qələbəni şərh edən çalışdırıcı bunları deyib:

"Uzun yol qət etsək də, yaxşı oynadıq. Komandamdan razıyam. Lazım olan qələbəni əldə etdik. “Kəpəz”ə də növbəti oyunlarda uğurlar arzu edirəm. Böyük hesablı qələbə qazansaq da, rəqib topla oynaya bildiyini göstərdi".

"Kəpəz"in baş məşqçisi Etibar İbrahimov isə bu məğlubiyyətin komandası üçün yaxşı dərs olacağını bildirib: "Oyun zamanı da göründü ki, rəqib əbəs yerə Premyer Liqanın 3-cü pilləsində qərarlaşmayıb. Fərdi olaraq “Səbail” futbolçuları çox seçilirdi. Sürətdə rəqiblə ayaqlaşa bilmədik. Təəssüf ki, hesab böyük oldu, bu oyunun futbolçularıma gözəl dərs olacağını düşünürəm. Rəqibi təbrik edirəm”

Qeyd edək ki, "Səbail" 1/4 finalda "Zirə"yə rəqib olub. Komandalar arasında ilk oyun dekabrın 15-də, cavab matçı isə 4 gün sonra keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı