Yığmamız Çexiya, Norveç və San Marino ilə eyni qrupda

Yığmamız Çexiya, Norveç və San Marino ilə eyni qrupda
XƏBƏR 6 Dekabr 2018 / 14:05 1872
-  A +

Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2019/2020-ci il mövsümünün ilkin seçmə mərhələsinin püşkü atılıb.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, püşkün nəticəsinə əsasən, yığmamız Çexiya, Norveç və San Marino komandaları ilə 7-ci qrupda mübarizə aparacaq.

Qeyd edək ki, bu qrupun oyunları 2019-cu il oktyabrın 9-dan 15-dək Çexiyada təşkil olunacaq.


Son xəbərlər