"Qarabağ" bütün fikrini çempionata yönəldəndən sonra "Neftçi"yə çətin olacaq"

"Qarabağ" bütün fikrini çempionata yönəldəndən sonra "Neftçi"yə çətin olacaq"
ÖLKƏ FUTBOLU 6 Dekabr 2018 / 13:50 2165
-  A +

"Neftçi"nin bura qədər çempionluq iddiası görünür. Komanda yenidən bu hissi yaşamaq üçün çox istəklidir".

Bu sözləri Qol.az-a açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Arif Əsədov deyib. "Qğ-qaralar" Topaz premyer Liqanın 13-cü turunda səfərdə "Sabah"ı məğlub etməklə qış çempionluğunu rəsmiləşdirdi. Keçmiş komandasının qızıl medal şanslarını dəyərləndirən A. Əsədov paytaxt klubunun hazırda bu titula ən real namizədlərdən biri olduğunu söyləyib. Ancaq mütəxəssis qış fasiləsindən sonra "Qarabağ"ın əsl gücünü ortaya qoyacağını da istisna etməyib:

"Neftçi"nin "Qarabağ"la arasındakı 5 xallıq fərq elə də böyük deyil. Fasilədən sonra çətinlik olacaq. Çünki artıq "Qarabağ" da artıq Avroliqa oyunlarından sonra bütün fikrini çempionata yönəldəcək. Üstlik o biri komandalar da artıq başabaş mübarizə aparmağa başlayırlar. Güc nisbəti bərabərləşir. İstənilən komanda digərindən xal götürə bilər. Bu mənada çətinliklər ola bilər. Ancaq hazırda "Qarabağ"ı bu yolda dayandıra biləcək ən real namizəd "Neftçi"dir. Aradakı xal fərqinə baxmayaraq, sonradan "Qəbələ" də bu mübarizəyə qoşula bilər. Digərləri isə avrokuboklar uğrunda yarışa bilərlər".

Qeyd edək ki, hazırda "Neftçi" 32 xalla turnir cədvəlinə başçılıq edir. Paytaxt klubundan 5 xal az toplayan "Qarabağ" isə 2-ci pillədədir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı