"Qalatasaray” kapitanla müqaviləni uzadır

"Qalatasaray” kapitanla müqaviləni uzadır
DÜNYA FUTBOLU 6 Dekabr 2018 / 00:30 1897
-  A +

“Qalatasaray” futbolçusu Səlcuq İnanla yeni müqavilə imzalamaq niyyətindədir.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, İstanbul klubu 33 yaşlı oyunçunun sözləşməsini daha 2 il artırmağı planlaşdırır. Gələn il müqaviləsi başa çatacaq təcrübəli futbolçunun 2021-ci ilə qədər komandada qalacağına dair razılıq əldə olunub. 2 milyon 950 min avro maaş və hər oyuna görə 25 min avro alan kapitanın yeni sözləşmə zamanı klubuna 50 faiz güzəştə gedəcəyi bildirilir. 

Qeyd edək ki, 2011-ci ildən “sarı-qırmızılar”ın formasını geyinən S.İnan çıxdığı 211 matçda 43 qol vurub.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki