"Obameyanq ən yaxşı bombardir ola bilər" - Emeri

"Obameyanq ən yaxşı bombardir ola bilər" - Emeri
DÜNYA FUTBOLU 5 Dekabr 2018 / 23:28 1754
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal"ın baş məşqçisi Unay Emeri futbolçusu Pyer-Emerik Obameyanq haqda danışıb.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, qabonlu hücumçunun bu mövsüm Premyer Liqanın ən yaxşı bombardiri ola biləcəyini deyib:

"Obameyanq ən yaxşı bombardir olmaq üçün mübarizə aparmalıdır.Biz ona bunda kömək etmək istəyirik.Çünki Obameyanq qol vuranda komandaya xeyir verir. O, fərqlənmədiyi matçlarda belə komandasına kömək edir. Bu cür də davam etməlidir.O zaman həm fərdi,həm də kollektiv mükafatlar qazana biləcək".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki