Koselni "Qarabağ"a qarşı oynayacaqmı? - yenə zədələndi

Koselni "Qarabağ"a qarşı oynayacaqmı? - yenə zədələndi
DÜNYA FUTBOLU 5 Dekabr 2018 / 18:20 1574
-  A +

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Arsenal"ın müdafiəçisi Loran Koselni xoşagəlməz hadisə ilə üzləşib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, zədəsini yenicə sağaldan fransalı futbolçu əvəzedici komandanın oyunu zamanı yenidən xəsarət alıb. Ancaq əzələsini dartan oyunçunun zədəsinin ciddi olmadığı üzə çıxıb.

7 aydır dabanındakı zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan müdafiəçinin İngiltərə Premyer Liqasının 15-ci turunda bu gün "Mançester Yunayted"lə matçı buraxacağı bildirilib. Amma onun gələn tur "Haddersfild"lə, dekabrın 13-də isə Avropa Liqasının qrup mərhələsinin "Qarabağ"la ev oyununda meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, "Arsenal" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın