"Mançester Siti"dən növbəti qələbə - İngiltərə Premyer Liqası

"Mançester Siti"dən növbəti qələbə - İngiltərə Premyer Liqası
DÜNYA FUTBOLU 5 Dekabr 2018 / 02:05 3612
-  A +

İngiltərə Premyer Liqasında 15-ci tura start verilib.

Qol.az-ın məlumatına görə, ilk oyun günündə 4 qarşılaşma keçirilib. “Bornmut” evdə “Haddersfild”i 2:1, “Brayton” “Kristal Pelas”ı, “Vest Hem” isə “Kardiff”i 3:1 hesabı ilə məğlub edib.

Çempionatın lideri “Mançester Siti” isə bu tur səfərdə “Uotford”un qonağı olub. Bundan əvvəlki 14 oyunda məğlubiyyət acısı yaşamayan Pep Qvardiolanın komandası uğurlu seriyanı davam etdirib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn “şəhərlilər” xallarının sayını 41-ə yüksəldərək, zirvədəki yerini qoruyub.

Qeyd edək ki, hazırda turnir cədvəlində 2-ci pilləni “Liverpul” tutur. Bir oyun az keçirən mersisaydlıları liderdən 5 xal ayırır. Üçüncü sırada 31 xalla “Çelsi” yer alır. 30 xalı olan “Arsenal” isə 4-cüdür.

Xatırladaq ki, tura bu gün keçiriləcək oyunlarla yekun vurulacaq.


İngiltərə Premyer Liqası, 15-ci tur

4 dekabr

23:45. “Bornmut” – “Haddersfild” – 2:1
Qollar:
Kalum Uilson, 5 (1:0), Rayan Freyzer, 22 (2:0), Terens Konqolo, 38 (2:1)

23:45. “Brayton” – “Kristal Pelas” – 3:1
Qollar:
Qlen Murrey, 24-pen. (1:0), Leon Baloqun, 31 (2:0), Florin Andone, 45 (3:0), Luka Milivoyeviç, 81-pen. (3:1)

23:45. “Vest Hem” – “Kardiff” – 3:1
Qollar:
Lukas Perez, 49 (1:0), 54 (2:0), Miçeyl Antonio, 61 (3:0), Coş Mörfi, 90 (3:1)

00:00. “Uotford” - “Mançester Siti” – 1:2
Qollar:
Leroy Sane, 40 (0:1), Riyad Mahrez, 51 (0:2), Abdulay Dukure, 85 (1:2)


5 dekabr

23:45. “Börnli” - “Liverpul”

23:45. “Everton” – “Nyukasl”

23:45. “Fulhem” – “Lester Siti”

23:45. “Vulherhempton” – “Çelsi”

00:00. “Mançester Yunayted” – “Arsenal”

00:00. “Tottenhem” – “Sauthempton”


Son xəbərlər