"Neftçi" rəsmisinə ağır cəza - 10 oyun

"Neftçi" rəsmisinə ağır cəza - <b style="color:red"> 10 oyun</b>
ÖLKƏ FUTBOLU 4 Dekabr 2018 / 17:11 3566
-  A +

“Neftçi” klubunun idman direktoru Ceyhun Sultanov AFFA-nın İntizam Komitəsi tərəfindən 10 oyunluq cəzalandırılıb.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu barədə qərar İK-nın bugünkü iclasında verilib.

C.Sultanov Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə 10 oyun cəzalanıb, klub 16000 manat cərimə olunub.

Matçın 33-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 70-ci dəqiqəsində “Sabah”ın futbolçusu Vanderson Silva ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 matç cəzalanıb, klub 200 manat cərimələnib.

Qarşılaşmanın 84-cü dəqiqəsində “Neftçi”nin  futbolçusu Baqali Dabo ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Neftçi” azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. “Sabah”ın təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan qonaq klub  tərəfindən ödəniləcək.
 

Daha çox


Son xəbərlər