"Azərbaycan millisi Xorvatiya ilə oyunda müdafiədə oturmayacaq" - Ozobiç

"Azərbaycan millisi Xorvatiya ilə oyunda müdafiədə oturmayacaq" - Ozobiç
ÖLKƏ FUTBOLU 4 Dekabr 2018 / 15:57 2365
-  A +

“Qarabağ”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç ölkəsinin mətbuatına müsahibə verib. Qol.az-ın məlumatına görə, təcrübəli futbolçu AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə eyni qrupda yer alan milli komandamız haqda danışıb.

- Azərbaycan millisi necə komandadır və onlardan nə gözləmək olar?

- Real danışsaq, Xorvatiya indiki məqamda qat-qat üstün komandadır. Yığma bunu öz oyunu və nəticələri ilə də sübut etdi. Amma əlbəttə ki, qrupdakı heç bir rəqiblə asan olmayacaq. Bütün oyunlar çətin keçəcək.

- Azərbaycan hansı oyun üslubuna üstünlük verir?

- Yeni baş məşqçinin rəhbərliyi altında onlar qətiyyən müdafiədə oturmayacaqlar. Azərbaycan millisi meydanda çox qaçmağı və topu özündə saxlamağı xoşlayır.

- Millinin çalışdırıcısı, hazırda “Qarabağ”da sizin də baş məşqçiniz olan Qurban Qurbanov necə mütəxəssisdir?

- O, “Qarabağ”da əla nəticələr qazanıb. İndi isə milli komandaya da başçılıq edir. O, öz oyun üslubunu yığmaya da aşılamağa çalışır. Amma bunun üçün müəyyən qədər vaxt lazımdır.

- Xorvatiya və Azərbaycan millilərinin oyunu barədə nə düşünürsünüz?

- Düşünürəm ki, Xorvatiya millisi yüksəlişdə olan komandaları xoşlayır. Nəinki öz qapısının yaxınlığında dayanıb, müdafiə olunan yığmaları. Məncə, maraqlı oyun olacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın