“Rüfətsiz bizə çox çətindir” – alman məşqçi

“Rüfətsiz bizə çox çətindir” – <b style="color:red"> alman məşqçi</b>
ÖLKƏ FUTBOLU 4 Dekabr 2018 / 15:12 1785
-  A +

“Proyssen”in hücumçusu Rüfət Dadaşovun zədəli olması komandanın baş məşqçisi Marko Antverpeni çətin vəziyyətə salıb.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 47 yaşlı mütəxəssis azərbaycanlı futbolçunun yoxluğunda ön xətdə problem yaşadıqlarını etiraf edib:

“Heyətdə istənilən itki dərhal seçim etməkdə gərginliyə səbəb olur. İstəyirik ki, heyətimizdə hər şey qaydasında olsun. Dadaşov və Rulyesiz bizə çox çətindir. Birinci bundesliqa klubu deyilik ki, istənilən oyunçunu əvəzləmək imkanımız olsun”.

Qeyd edək ki, Azərbaycan millisinin son toplanışından zədəli qayıdan Rüfət 3-cü bundesliqanın 16-cı turunun “Braunşveiq”lə matçında yenidən xəsarət alıb. Əzələsində problem aşkarlanan 28 yaşlı forvardın bu il meydana çıxmayacağı bildirilib.

 

Daha çox


Son xəbərlər