"Qarabağ" - "Keşlə" oyununda rekord

"Qarabağ" - "Keşlə" oyununda rekord
PREMYER LİQA 4 Dekabr 2018 / 12:34 1690
-  A +

Topaz Premyer Liqasının 13-cü turunun “Qarabağ” – “Keşlə” matçı mövsümün rekordu ilə əlamətdar olub.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, meydan sahiblərinin 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşma çempionatın ən məhsuldar oyunudur. Bunadək 4 matçda 5 qol vurulsa da, ilk dəfə azarkeşlər 6 qol izləyib.

“Qarabağ” həm də bu mövsümdə bir oyunda 5 və daha çox qol vuran ilk komanda olub. Bunadək 4 top vuran olsa da, artığını heç bir komanda bacarmamışdı. “Keşlə”nin qapısından 3 top keçirən Mahir Mədətov isə mövsümün ilk het-trikinin müəllifi adını qazanıb.

Ağdam klubu mövsümün ən böyükhesablı qələbəsini də təkrarlayıb. Belə ki, çempionatda 3-cü dəfə 4 top fərqi qeydə alınıb. Bunadək “Neftçi” “Səbail”i, “Səbail” “Sabah”ı 4 cavabsız qolla üstələmişdi.

 

Daha çox


Son xəbərlər
19.01.19  20:10

Millimizdən qələbə