"Hakim əlindən gələni etdi ki, uduzaq" - Mirabdulla Abbasov

"Hakim əlindən gələni etdi ki, uduzaq" - <b style="color:red">Mirabdulla Abbasov</b>
PREMYER LİQA 2 Dekabr 2018 / 12:00 2382
-  A +

"Çox çətin oyun alındı. Qələbə qazanmaq üçün əlimizdən gələni etdik və buna nail olduq. Komanda yoldaşlarıma, məşqçilərə və rəhbərliyə təşəkkür edirəm. Bu bizim ümumi qələbəmizdir".
 
Qol.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mirabdulla Abbasov Topaz Premyer Liqasının 13-cü turunda səfərdə "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə klubun rəsmi saytına danışarkən deyib.

O, baş hakim Rəhim Həsənovun idarəçiliyinə də münasibət bildirib: "Çox ümid etmək istərdim ki, bunlar qərəzsiz və səhv qərarlar idi. Amma şəxsi fikrim budur ki, hakim penalti vermək əvəzinə, haqsız olaraq simulyasiyanı əsas gətirərək, Baqali Daboya ikinci sarı vərəqəni göstərdi. Absurddur. Fikrimcə, hakim əlindən gələni etdi ki, uduzaq. Şükür Allaha, bu bizim qələbə qazanmağımıza mane olmadı”.
 
M.Abbasov vurduğu qolu isə belə şərh edib: "Bu mənim cərimə zərbəsindən vurduğum ilk qoldur. Məşqlərdə həmişə bunun üzərində çalışırdım, bəzən alınırdı, bəzən yox. Bu gün isə oyunda alındı. Bundan sonra cərimə zərbələrini özüm yerinə yetirəcəm (gülür). Ümid edirəm, bu, cərimə zərbəsindən vurduğum son qol olmayacaq".

 

Daha çox


Son xəbərlər
24.03.19  21:12

"Sabah"dan heç-heçə