“Qarabağ” - "Keşlə" oyununun vaxtını dəyişdirildi

“Qarabağ” - "Keşlə" oyununun vaxtını dəyişdirildi
PREMYER LİQA 30 Noyabr 2018 / 11:38 1656
-  A +

Topaz  Premyer Liqasının 13-cü turunun oyun cədvəlində dəyişiklik edilib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə,  “Qarabağ”ın “Keşlə” ilə ev oyununun vaxtı dəyişdirilib. Bu, Ağdam klubunun müraciəti, bakılıların razılıq məktubu əsasında gerçəkləşib. PFL turun “Qarabağ” – “Keşlə” matçının 2 dekabrda deyil, 3 dekabrda oynanılmasına qərar verib.

Oyun bazar ertəsi saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Bildirilir ki, dəyişikliyin səbəbi “Qarabağ”ın və Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun dekabrın 2-də Avropa çempionatının seçmə mərhələsinin püşkatmasına qatılmasıdır.

 

Daha çox


Son xəbərlər
17.06.19  11:00

Larssonun yeni klubu