«Bakı»nın rəqiblərinin adları açıqlandı

XƏBƏR 21 Yanvar 2009 / 11:03 2498
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən «Bakı»nın yoxlama görüşləri keçirəcəyi komandaların adları və oyunların keçirilmə tarixləri dəqiqləşib. Qol.Az-ın məlumatına görə, «Bakı» yanvarın 21-də "Hacettepe" (Türkiyə), yanvarın 24-də "Vaduts" (Lixtenşteyn), yanvarın 26-da "Şinnik" (Rusiya), fevralın 1-də "Karlsberq" (Avstriya), fevralın 2-də "Botev" (Bolqarıstan), fevralın 3-də "Darri Siti" (İrlandiya) komandaları ilə görüşəcək. Fevralın 4-ü isə Antalyanı tərk edərək Bakıya dönəcək.


 


Son xəbərlər