"Sabah"ın futbolçusu Marko Deviç Ukraynada "Moya qra" verilişinin qonağı olub. Qol.az-ın məlumatına görə, o, məşqçi planlarından və Azərbaycandakı çıxışından danışıb.
- Sən artıq məşqçisən?
- Gələcəyin məşqçisi.
- Bunun sənin peşən olduğunu hiss edirsən?
- Mən hazırda futbolçuyam və hələ oynayıram.
- Neçə faiz oyunçu, neçə faiz məşqçisən?
- Hazırda 90 faiz oyunçu, 10 faiz məşqçiyəm.
- Niyə məşqçi kursuna yazıldınız?
- Ona görə bu addımı atdım ki, məşqçiliyi çox sevirəm.
- Amma həmişə böyük futbolçulardan yaxşı məşqçi alınmır...
- Deməli, mənim şansım var. Çünki mən ortabab futbolçuyam.
- Sən böyük oyunçu idin (gülür)...
- Məşqçilik xüsusiyyətləri fərdi məsələdir. Bu, oyunçudan və insandan asılıdır.
- Özündə yaxşı məşqçi olmaq potensialı görürsən?
- Bu suala indi cavab verməyin nə qədər okyektiv olacağını bilmirəm. Yaxşı məşqçi olmaq istəyim var. Hər bir təhsil sessiyası mənə deyir ki, ora getmək lazımdır.
- Hansı komandanı çalışdırmaq istərdin? Birdən-birə böyük komandanın baş məşqçisi, yoxsa köməkçi kimi başlamağı arzulayardın?
-Bilmirəm. Pillə-pillə irəliləmək lazımdır. Məncə, bu, ən düzgün addım olar. Bəli, mən yaxşı oynamışam. Amma məşqçilik üçün təcrübə lazımdır. Ola bilsin, bir-iki il köməkçi-məşqçi kimi çalışmaq vacibdir.
-Ukrayna, Serbiya? Harada çalışmaq istəyərdin?
- Harada məni görmək istəsələr, orada da çalışaram.
- Niyə indiyə kimi oynayırsan?
- Çünki futbolu sevirəm və oynaya bilirəm.
- Yəni birinci yerdə oynamaq durur?
- Bəli
- Çox futbolçu Azərbaycana pul qazanmaq üçün gedir.
- İndi Azərbaycanda elə vəziyyət deyil. Açığı, bu ölkəyə yollananda maliyyə məsələsi prioritet deyildi. Karyeram ərzində kifayət qədər oynayıb kifayət qədər qazanmışam.
- Səni "Metallist 1925"ə də dəvət etmişdilər.
- Bəli, danışıqlar var idi. Amma bu klub hələlik Ukrayna birinci liqasında çıxış edir. Özüm isə yüksək liqada oynamaq istəyirdim. Karyeramı başa vurmağı qərara alsam, son ilimdə Ukraynada oynamaq istərdim.
- Ukrayna Premyer Liqada oynamağa uyğunsan?
- Yaxşı sualdır. Ukrayna Premyer Liqasına uyğun gəlib-gəlməməyim funksional vəziyyətimdən asılıdır. Qalan məsələlərə görə narahat deyiləm. Fiziki durumum imkan versə, fikrimcə, uyğun gələrəm.
- Neçə yaşına kimi oynamaq istəyirsən?
- Yaxın günlərdə 35 yaşımı qeyd etdim. Hər məşqə və hər oyuna sona kimi çıxıram. Başa düşürəm ki, böyük səhvlər, pauza və zədələr karyerama təsir edə bilər. Qol vurub qələbə qazanmaqla özümü və azarkeşləri yenə sevindirmək istərdim. Bununla yanaşı, özüm barədə son təəssüratların o qədər də yaxşı olmamasını istərdim.
-Karyeranın bitirməyin vaxtı olduğunu hiss etmirsən?
- Xeyr.
"Yuventus"dan xal itkisi
"Beşiktaş"dan qələbə
Avroliqada həftənin ən yaxşı futbolçusu odur
Yayda "Real"dan ayrılmaq istəyini rəhbərliyə bildirdi
18 xalları silindi, elitanı tərk edəcəklər
"Futbolçular uduzmaqdan qorxurdular" - Ayxan Abbasov
"Sumqayıt" "Turan Tovuz"u belə məğlub etdi - Video
"Sumqayıt" "Turan Tovuz"a qalib gəldi, 2-ci pilləyə yüksəldi
ÇL-də həftənin ən yaxşı oyunçusu
ÇL-də İtaliyanın 5 klubu mübarizə aparacaq
Ançelotti Ardaya icarəyə getməyi məsləhət görüb
La Liqa klubu baş məşqçi ilə müqaviləni uzatdı
Tovuzda heyətlər açıqlandı
"Roma"nın Lukaku qərarı
"Barselona" "Kamp Nou"ya nə vaxt qayıdacaq?
Naqelsmann daha 2 il Almaniya millisində
Bojoviç yeni mövsüm "Neftçi"də qalacaqmı? - Açıqlama
"Yuventus"a Ronaldo şoku
"Qəbələ" legioneri ilə müqaviləni ləğv etdi
Qurban Qurbanovun "Beşiktaş"ın baş məşqçi vəzifəsinə namizəd olması - Rəsmən təsdiqləndi
Xabi Alonso "Bayer"dən narazıdır
Olimpiya Oyunlarının məşəli yandırıldı - Video, Şəkillər