Almanlar Bakıya otel axtarmağa gəlirlər

XƏBƏR 21 Yanvar 2009 / 10:48 2629
-  A +

Fevralın 3-dən 6-a qədər Almaniya Futbol İttifaqının (AFİ) 2 nümayəndəsi ölkəmizdə səfərdə olacaq. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Volfqanq Virtmann və Corc Belaunun səfərinin məqsədi DÇ-2010-un seçmə mərhələsi çərçivəsində avqustun 12-də keçiriləcək Azərbaycan - Almaniya oyununa hazırlıq məsələlərinin həllidir. AFİ-nin nümayəndələri Almaniya milli komandasının qalması üçün otel seçimi ilə məşğul olacaq, həmçinin məşqlərin və oyunun keçirələcəyi stadionlarla tanış olacaqlar.


 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki