“Yuventus”un yeni hədəfi - Xames Rodriges

“Yuventus”un yeni hədəfi - Xames Rodriges
DÜNYA FUTBOLU 21 Noyabr 2018 / 18:55 2301
-  A +

Mövsümün əvvəlində "Real"dan Kriştiano Ronaldonu alaraq bütün diqqətləri üstünə çəkən “Yuventus” heyətinə daha bir ulduz futbolçu qatmağa hazırlaşır.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “qoca sinyora” "Bavariya"da icarə əsasında oynayan Xames Rodriqesi transfer etmək istəyir. Müqavilə ilə “Real”a məxsus olan 27 yaşlı yarımmüdafiəçinin Münhen klubu ilə sözləşməsi növbəti ilin iyun ayında başa çatacaq.

Qeyd edək ki, Rodriqes  “Real”ın heyətində 78 oyuna 28, Bavariyanın heyətində isə 31 oyuna 10 qol vurub.


Son xəbərlər