"Barselona" Dembeleni satsa... - 40 milyon ödəyəcək

"Barselona" Dembeleni satsa... -<b style="color:red"> 40 milyon ödəyəcək</b>
XƏBƏR 21 Noyabr 2018 / 18:10 2719
-  A +

"Barselona" qışda Usman Dembeleni satsa, Dortmund "Borussiya"sına əlavə pul ödəyəcək.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə fransalı futbolçunun transferi zamanı iki klub arasında imzalanmış müqavilədə belə bir bənd yer alıb. Anlaşmaya görə, kataloniyalılar oyunçunu müqavilədə göstərilən tarixdən tez satsa, sabiq komandasına 40 milyon avro bonus ödəməlidir.

Qeyd edək ki, ötən mövsümün əvvəlində 105 milyon avro qarşılığında "Barselona"ya transfer olunan Dembelenin klubu ilə müqaviləsi 2022-ci ilə qədərdir.

 

Daha çox


Son xəbərlər
18.12.18  18:27

Zidandan rədd cavabı

18.12.18  01:57

"Latsio" uduzdu