Qomisdən “Fənərbaxça” açıqlaması - "Aslanlar uça bilməz"

Qomisdən “Fənərbaxça” açıqlaması - <b style="color:red"> "Aslanlar uça bilməz"</b>
DÜNYA FUTBOLU 21 Noyabr 2018 / 16:15 4277
-  A +

“Qalatasaray”ın keçmiş futbolçusu Bufetimbi Qomis “Fənərbaxça”ya transfer olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, 33 yaşlı hücumçu “instaqram” səhifəsində etdiyi paylaşımla bu xəbərləri təkzib edib: “Mən danışılan söz-söhbətlərdən qürur duyuram, xoşbəxtəm, amma aslan həmişə evində - Aslantəpədə qalacaq. Çox təəssüf edirəm, Aslanlar uça bilməz".

Qeyd edək ki, Seneqal əsilli fransalı futbolçu ötən mövsümün sonunda “Qalatasaray”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna transfer olunub.
 

Daha çox


Son xəbərlər