Pley-offun bütün cütləri müəyyənləşdi - millimizin şansı var?

Pley-offun bütün cütləri müəyyənləşdi - <b style="color:red"> millimizin şansı var?</b>
ÖLKƏ FUTBOLU 21 Noyabr 2018 / 13:10 8967
-  A +

UEFA Millətlər Liqasında 2018-2019 mövsümünün əsas mərhələsi başa çatıb.

Qol.az-ın xəbərinə görə, ötən gün keçirilən oyunlardan sonra Avro-2020-ə vəsiqə verən pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Öz liqasında qrup qalibi olan 16 komanda Avro-2020-nin seçmə mərhələsində uğursuzluqla üzləşsə, pley-off vasitəsilə qitə çempionatına qatılmaq şansı qazanacaq.

Bu komanalar arasında İsveçrə,  İngiltərə, Portuqaliya və Hollandiya kimi güclü yığmalar olduğundan pley-offun tərkibində dəyişikliklər olacağı gözləniləndir. Çünki Avro-2020-yə seçmə mərhələ vasitəsi ilə vəsiqə qazanan komandanı Millətlər Liqasında çıxış etdiyi liqanın 2-ci ən yaxşı yığması əvəzləyəcək.

Bu baxımdan yığmamız da nəzəri olaraq pley-offda oynamaq şansını itirməyib. Ancaq bunun üçün D liqasında 7-ci olan millimizi qabaqlayan  6 komandadan (Gürcüstan, Kosovo, Makedoniya, Belarus, Lüksemburq, Ermənistan) üçü seçmə mərhələ yolu ilə Avro -2020-yə vəsiqə qazanmalıdır. Bu isə olduqca çətin görünür.


Pley-offa vəsiə qazanan komandalar

A liqası

İsveçrə - İngiltərə

Portuqaliya – Hollandiya


B liqası

Bosniya və Herseqovina – İsveç

Danimarka – Ukrayna

C liqası

Şotlandiya - Finlandiya

Norveç - Serbiya


D liqası

Gürcüstan – Belarus

Makedoniya – Kosovo

 

Daha çox


Son xəbərlər
18.12.18  18:27

Zidandan rədd cavabı

18.12.18  01:57

"Latsio" uduzdu