“Azərbaycan qrupun favoriti idi” - Kosovonun kapitanı

“Azərbaycan qrupun favoriti idi” - <b style="color:red"> Kosovonun kapitanı</b>
ÖLKƏ FUTBOLU 21 Noyabr 2018 / 12:30 2180
-  A +

“Bütün Kosovonu qələbə münasibəti ilə təbrik edirəm. Buna layiq idik. Undi uğurumuzu qeyd etməyin vaxtıdır”.

Qol.az -ın xəbərinə görə, bu sözləri Kosovo millisinin qapıçısı  Samir Uykani yerli mətbuata açıqlamasında deyib.

Komandanın kapitanı olan 30 yaşlı qolkiper UEFA Millətlər Liqasının 6-cı turunda evdə yığmamıza qalib gəldikləri oyun haqda danışıb. O, komandasının 4:0 hesablı qələbəsinə baxmayaraq, görüşdən əvvəl rəqibin favorit hesab olunduğunu bildirib: “Oyunumuzdan, nəticədən və futbolçularımızın matça yanaşmasından razıyam. Azərbaycan bu qrupun favoriti idi. Amma komandamız hər gün özünəinamı artırdı. Uşaqlar fantastik oyun göstərdilər, böyük hörmətə layiqdirlər”.

Təcrübəli qapıçı millimizlə oyunda ehtiyatda qalıb. O, əvəzləyicisi - gənc qolkiper Ariyanet Muriçin oyununu bəyəndiyini qeyd edib: “Muriçin Kosovonu seçməsinə və bizə qoşulmasına sevindim. Azərbaycanla oyunda da yaxşı çıxış etdi. Muriçin varlığı millimizin səviyyəsini daha da artırır. Muriç və Visar Kosovonun gələcəyidir".
 

Daha çox


Son xəbərlər
13.12.18  17:40

Müller üzr istədi