"Bu uğura inanmasam, axmaq olaram" - Kosovonun baş məşqçisi

"Bu uğura inanmasam, axmaq olaram" -<b style="color:red"> Kosovonun baş məşqçisi</b>
DÜNYA FUTBOLU 21 Noyabr 2018 / 02:52 3223
-  A +

UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda yığma komandamızı evdə 4:0 hesabı ilə məğlub edən Kosovo millisinin baş məşqçisi Bernar Şalland mətbuat konfransı keçirib. 67 yaşlı mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.
 
- Nəticədən razıyam. Oyundan əvvəl mənə maraqlı idi ki, bu təzyiq altında necə oynayacağıq. Cavab aldım və çox məmnunam.
 
- Bu cür uğur qazanacağınızı gözləyirdinizmi? Necə düşünürsünüz, Avropa çempionatına çıxmaq mümkün olacaq?

- Qrupda qalib gəlmək arzum idi. Rəqibləri tanıdıqdan sonra buna inandım. Martda da bu barədə danışmışdım. Mənim üçün önəmli olan hücum futbolu oynamaq idi. Bütün istəklərimizə çatdıq. Sualınızın ikinci hissəsinə gəlincə, əlbəttə, buna inanıram. İndi bizi AÇ-dən cəmi 2 addım ayırır. Qarşıdakı rəqib Makedoniyadır. Bu uğura inanmasam, axmaq olaram. Qarşıda bizi seçmə tsikl gözləyir. Millətlər Liqasında isə yarımfinaladək hələ 1 ilimiz var. Əlbəttə, qitə birinciliyinə yüksəlmək üçün Millətlər Liqası daha yaxın yoldu. Seçmə mərhələyə hazırlıq mərhələsi kimi baxmıram. Ancaq Millətlər Liqasında daha yaxşı olmağımız üçün bizə köməyi dəyəcək.
 
- Düşünürsünüzmü ki, bu, məşqçilik karyeranızın ən uğurlu səhifəsidir?

- Düşünürəm ki, növbəti uğurum daha böyük olacaq. Avropa Çempionatının final mərhələsinə yüksələcəyimizə inanıram.
 
- Azərbaycan himni fitə basıldı. Axı, Bakıda Kosovonun himninə qarşı belə hörmətsizlik edilməmişdi. Buna münasibətiniz necədir?

- Mən İsveçrədən gəlmişəm və siyasətə qarışmaq istəmirəm. Bu olaya münasibətim müsbət deyil. Azərbaycan yığması yaxşı komandadır. Bəli, azarkeşlər həddən artıq çılğın idilər. Hesab edirəm ki, əndazəni aşdılar. (sport24.az)
 

Daha çox


Son xəbərlər
18.12.18  18:27

Zidandan rədd cavabı

18.12.18  01:57

"Latsio" uduzdu