"Qriqorçuk "Astana"ya qayıda bilər" - erməni məşqçi

"Qriqorçuk "Astana"ya qayıda bilər" -<b style="color:red"> erməni məşqçi</b>
DÜNYA FUTBOLU 20 Noyabr 2018 / 17:11 2885
-  A +

"Qriqorçuk taktikanı yaxşı bilir. O, güclü müəllimdir və nəzəriyyəni sevir".

Qol.az-ın Qazaxıstan mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri hazırda "Astana"da baş məşqçi səlahiyyətlərini yerinə yetirən Qriqori Babayan deyib. Avqust ayında komandadan ayrılan Roman Qriqorçuk haqda danışan erməni məşqçi onun yenidən Astana təmsilçisinə qayıda biləcəyini istisna etməyib:

"Düzdür, heç də hamı 45 dəqiqə nəzəri təlimi dinləməyi xoşlamır. Amma Roman İosifoviç hər zaman doğru şeylər danışırdı. Elə alındı ki, ailə məsələlərinə görə vətəninə getdi. Amma "Astana"ya qayıda bilər".

Qeyd edək ki, Qriqorçukun "Astana"dan şəxsi məsələlərə görə müvəqqəti olaraq ayrıldığı deyilsə də, onun rəhbərliklə fikir ayrılığına görə klubdan getdiyi iddia olunur.
 

Daha çox


Son xəbərlər
13.12.18  17:40

Müller üzr istədi