Yığmamız elit mərhələdə!

Yığmamız elit mərhələdə!
ÖLKƏ FUTBOLU 20 Noyabr 2018 / 18:49 8687
-  A +

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə qrup mərhələsində bu gün son oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Lixtenşteynin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Rəqibini 3:0 hesabı ilə məğlub edən millimiz 6 xalla qrupu 2-ci pillədə tamamlayıb və adını elit-raunda yazdırıb.

Millimizin əsas izləyicisi Gürcüstan isə İsraillə 1:1 hesablı heç-heçəyə razılaşıb və 4 xalla 3-cü pilləni tutub. İsraillilər isə qrup lideri kimi elit mərhələyə vəsiqə qazanıblar.


Avropa çempionatının seçmə mərhələsi, 1-ci qrup

3-cü tur

20 noyabr

17:00. Azərbaycan - Lixtenşteyn - 3:0
Qollar:
M. Mahmudov, 14 (1:0), K. Quliyev, 64 (2:0), 69 (3:0)
Hakimlər: Erik Lambrexts, Karel De Rokker (hər ikisi Belçika), Giorgi Elikaşvili,
Aleko Aptsiauri (hər ikisi Gürcüstan)

17:00. İsrail - Gürcüstan - 1:1
Qollar:
Z. Davitaşvili, 17 (0:1), E. Karzev, 42-penalti (1:1)

1.

İsrail

3

2

1

0

7:3

7

2.

Azərbaycan

3

2

0

1

6:5

6

3.

Gürcüstan

3

1

1

1

9:3

4

4.

Lixtenşteyn

3

0

0

2

1:12

0

 

Daha çox


Son xəbərlər
14.12.18  22:33

Roys birinci oldu

14.12.18  21:05

Yalquzaq

14.12.18  13:52

"Dəli"nin 28-ci klubu

14.12.18  01:11

14 tur, 18 futbolçu