"Sabah soyuqqanlı oynamalıyıq" – Maksim Medvedev

"Sabah soyuqqanlı oynamalıyıq" –<b style="color:red"> Maksim Medvedev</b>
ÖLKƏ FUTBOLU 19 Noyabr 2018 / 22:20 2689
-  A +

“Kosovo yaxşı komandadır. Hər iki tərəf üçün həlledici oyundur. Meydana qələbə üçün çıxacağıq”.

Qol.az-ın məlumatına görə, bu sözləri milli komandamızın müdafiəçisi Maksim Medvedev UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunun Kosovo ilə oyunuöncəsi keçirilən mətbuat konfransında deyib. Təcrübəli futbolçu sabahkı oyunla bağlı fikirlərini açıqlayıb:

“Kosovo bizdən 2 xal öndədir. Ancaq bizim üstünlüyümüz birliyimizdir. Çox məsuliyyətli oyundur. Ancaq komandamızda yetərincə təcrübəli futbolçu var. Sabah gərginlikdə yox, sərbəst oynamalıyıq. Bəli, məsuliyyət böyükdür, ancaq soyuqqanlı oynamalıyıq”.

Qeyd edək Kosovo – Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.

 

Daha çox


Son xəbərlər
18.12.18  18:27

Zidandan rədd cavabı

18.12.18  01:57

"Latsio" uduzdu