"Heç-heçə barədə düşünmürük" - kosovolu futbolçu

"Heç-heçə barədə düşünmürük" -<b style="color:red"> kosovolu futbolçu</b>
DÜNYA FUTBOLU 19 Noyabr 2018 / 20:22 2115
-  A +

"Oyuna psixoloji cəhətdən hazırıq. Sabahkı görüş finala bərabərdir".

Qol.az-ın məlumatına görə, bu sözləri Kosovo millisinin yarımmüdafiəçisi Valon Berişa UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turunda sabah yığmamızla keçiriləcək oyunöncəsi təşkil olunan mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan 25 yaşlı futbolçu bundan əvvəl Malta üzərində qazandıqları böyükhesablı qələbənin onlara üstünlük qazandırdığını bildirib:

"Əminəm ki, hər iki komanda qalib gəlmək üçün əlindən gələni edəcək. Son oyunda 5:0 qalib gəlmişik və bu, bizə müəyyən üstünlük qazandırır".

"Latsio"da çıxış edən 25 yaşlı yarımmüdafiəçi sabah meydana qələbə üçün çıxacaqlarını söyləyib: "İnanıram ki, komanda şəklində yox, ümumiyyətlə, fərdi qaydada da heç bir futbolçumuz heç-heçə barədə düşünməyəcək. Çünki bu, bizimlə "acı zarafat" edə bilər. Çalışacağıq ki, hücumda daha çox oynayaq".

Qeyd edək ki, Kosovo - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.

 

Daha çox


Son xəbərlər
14.12.18  22:33

Roys birinci oldu

14.12.18  21:05

Yalquzaq

14.12.18  13:52

"Dəli"nin 28-ci klubu

14.12.18  01:11

14 tur, 18 futbolçu