Almanlar Fransanı xilas edəcəkmi? - "Topaz"

Almanlar Fransanı xilas edəcəkmi? -  "Topaz"
ETOPAZ 19 Noyabr 2018 / 15:11 2146
-  A +

UEFA Millətlər Liqasında bu axşam sonuncu turun daha 9 oyunu keçiriləcək.

Onlardan 3-ü həlledici xarakter daşıyır və hər üçünə də Azərbaycanın yeganə qanuni mərc oyunları operatoru olan "Topaz"da həm canlı, həm də "təkli" mərc edə bilərsiz. Gecənin ən çox maraq doğuran matçı Almaniya-Hollandiya görüşüdür. 3 oyunda cəmi 1 xal toplayan almanların qrupda sonuncu yeri tutacağı artıq dəqiqləşib. Hollandiya isə qrup lideri Fransadan cəmi 1 xal geri qalır. Əgər "narıncılar" bu axşam bundestimdən azı 1 xal alarsa, o zaman Fransa ilə xalları bərabərləşəcək və aralarındakı oyunların nəticəsinə görə Hollandiya "dördlər finalı"na vəsiqə alacaq. Ronald Kumanın çox yaxşı komanda formalaşdırdığını nəzərə alsaq, hollandların son 2 dünya çempionunu qrupda saxlayaraq pley-offa çıxacağı real görünür. Almanlar artıq rəqibin gücünü lazımınca hiss edib. Bir ay əvvəl Amsterdamda keçirilən matçda Kumanın komandası bundestimə 3 cavabsız qolla qalib gəlib. Hollandlar Helzenxirkendəki qarşılaşmaya tam heyətlə hazırdır. Almaniyada isə Hektor, Roys və Drakslerin oynayacağı sual altındadır. Zədədən qayıdan Hummels isə çox güman ki, meydanda olacaq. Bu qonşuların futbol meydanında 27-ci qarşıdurması olacaq. Əvvəlki oyunların 9-unda hollandlar, 7-sində almanlar qalib gəlib. 10 görüş heç-heçə yekunlaşıb. Görək, almanlar özləri üçün nəticəsi əhəmiyyət daşımayan bu oyunda qonşularına "badalaq" vura biləcəkmi? Başqa sözlə, bundestim bu axşam Fransa üçün oynayacaqmı? Bu sualların hər bir proznoz həvəskarının  beynində öz cavabı var. Elə isə intuisiyanıza güvənərək bu maraqlı qarşılaşmaya "Topaz"da mərc edə bilərsiz. Əmsallar: Almaniyanın qələbəsi 1.90, heç-heçə 3.40, Hollandiyanın qələbəsi 3.60. Gecənin maraq doğuran daha iki oyunu isə C divizionunun 3-cü qrupunun görüşləridir. Burada 10 xala malik Norveçlə Bolqarıstanın plye-offa çıxmaq şansı var. Norveç səfərdə Kipr, Bolqarıstan isə evdə Sloveniya ilə qarşılaşacaq. Xal itirən tərəf rəqibi üçün növbəti mərhələyə yol acaçaq.

Bu görüşlər üçün "Topaz"ın təklif etdiyi əmsallar belədir:

Kiprin qələbəsi 5.50, heç-heçə 3.60, Norveçin qələbəsi 1.45

Bolqarıstanın qələbəsi 1.60, heç-heçə 3.15, Sloveniyanın qələbəsi 4.85.

Ümumilikdə, bu gün "Topaz"da mərcə çıxarılan 26 qarşılaşma var. Onlardan 12-sinə canlı, 7-sinə isə "təkli" mərc etmək olar.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı