İspaniya millisində yeni kapitan

İspaniya millisində yeni kapitan
XƏBƏR 19 Noyabr 2018 / 00:39 2943
-  A +

İspaniya millisini Bosniya və Herseqovina ilə yoldaşlıq oyununda meydana kapitan kimi "Real"ın yarımmüdafiəçisi İsko çıxarıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 26 yaşlı futbolçu karyerası ərzində ilk dəfə yığma komandada kapitanlıq sarğısını qoluna taxıb. Ona qədər isə millinin kapitanı "kral klubu"nun digər üzvü Serxio Ramos idi. Təcrübəli müdafiəçinin adı bugünkü oyunun iştirak ərizəsində olmadığından sarğı İskoya həvalə olunub.

Qeyd edək ki, İsko İspaniya millisində 35 oyun keçirib.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı