"Qarabağ" "Sumqayıt"a uduzdu

"Qarabağ" "Sumqayıt"a uduzdu
ÖLKƏ FUTBOLU 18 Noyabr 2018 / 17:07 4561
-  A +

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən "Sumqayıt” və "Qarabağ" komandaları yoxlama oyununda üz-üzə gəliblər.
 
Qol.az-ın məlumatına görə, "Azersun Arena”da keçirilən matç "Sumqayıt"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qola 21-ci dəqiqədə Cavid Tağıyev imza atıb.
 
Qeyd edək ki, "Qarabağ" Premyer Liqada 23 xalla 2-ci, "Sumqayıt" 11 xalla 6-cı pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər