"Priştinada finala bərabər matç olacaq" - Araz Abdullayev

"Priştinada finala bərabər matç olacaq" - Araz Abdullayev
MÜSAHİBƏ 18 Noyabr 2018 / 00:29 4807
-  A +

"Bəli, qalib gəldik. Oyunda daha çox topa biz nəzarət etdik. Çalışırdıq ki, hesabı qoruyaq və bir qədər az yorulaq. Nəzərə alaq ki, bir neçə gün sonra Kosovo ilə ağır oyunumuz olacaq. Priştinada finala bərabər matç keçiriləcək".
 
Qol.az-ın məlumatına görə, bu sözləri milli komandamızın futbolçusu Araz Abdullayev Millətlər Liqasının 5-ci turunda Bakıda Farer adalarını 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib. O, daha sonra sualları cavablandırıb.
 
- Ayaqlarınız meydanda olsa da, başınız deyəsən, Maltada qalmışdı.

- Kosovo Maltanı məğlub elədi. Bir çıxış yolumuz qalıb ki, Priştinada Kosovonu məğlub edək. Komanda şəklində bu oyunun altından çıxmalıyıq.
 
- Kosovonun 5:0 hesablı qələbəsi sizdə çaşqınlıq yaradıb?

- Biz də qalib gəlmişik. Artıq bir oyun qalıb. İstəyirik ki, həmin oyuna motivasiya olaq. 3 gün vaxtımız var, yaxşı hazırlaşmaq lazımdır.
 
- Zədən nə yerdədir?

- Hər şey yaxşıdır. Həkimlər baxacaq və növbəti oyuna hazır olacam.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı