"Liderliyi qorumaq asan olmayacaq" - Kosovonun baş məşqçisi

"Liderliyi qorumaq asan olmayacaq" - Kosovonun baş məşqçisi
XƏBƏR 17 Noyabr 2018 / 14:22 2793
-  A +

“UEFA Millətlər Liqasının qrup mərhələsində iki oyunumuz qalıb. Hazırda etibarlı mövqedəyik”.

Qol.az-ın Malta mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri Kosovo millisinin baş məşqçisi Bernar Şalland deyib. UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Malta ilə keçirəcəkləri oyundan danışan mütəxəssis həm bugünkü, həm də 3 gün sonra Bakıda yığmamıza qarşı matçın çətin keçəcəyini bildirib:

"Həm Malta, həm də Azərbaycanla oyunlarımız ağır keçəcək. Liderliyi qorumaq asan olmayacaq".

Şalland Malta yığmasının ötən ay Bakıda millimizlə 1:1 hesablı heç-heçə etdiyi oyuna da toxunub: "Maltanın Bakıda göstərdiyi oyun məni yaxşı mənada təəccübləndirdi. Açığı, onların uzaq yola görə səfərdə yaxşı nəticə qazanacaqlarını düşünmürdüm”.

Qeyd edək ki, həm Malta – Kosovo, həm də Azərbaycan – Farer adaları matçı bu gün 21:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın