"Qarabağ"ın futbolçusu üçün 82 dəqiqə

"Qarabağ"ın futbolçusu üçün 82 dəqiqə
XƏBƏR 17 Noyabr 2018 / 10:05 2307
-  A +

"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan millisində növbəti oyununu keçirib.

Qol.az-ın məlumatına görə, 25 yaşlı futbolçu UEFA Millətlər Liqasının qrup mərhələsində Kiprlə səfər oyununda forma geyinib. Start heyətdə meydana çıxan Slavçev 82-ci dəqiqədə - hesab 1:0 meydan sahiblərinin xeyirinə olarkən əvəzlənib. 7 dəqiqə sonra isə bolqarlar bərabərlik qolunu vurublar.

Qeyd edək ki, 5 turdan sonra ehtiyatında 10 xal olan Bolqarıstan yığması 2-ci pillədə qərarlaşıb. Qrupa isə eyni xala malik Norveç başçılıq edir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı