Ramil Quliyev əsgər andı içdi - Türkiyə ordusunda

Ramil Quliyev əsgər andı içdi - Türkiyə ordusunda
XƏBƏR 17 Noyabr 2018 / 09:50 3096
-  A +

Azərbaycanlı atlet Ramil Quliyev Türkiyə silahlı qüvvələrində ilk təlimləri başa vurub.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, 200 m məsafədə dünya və Avropa çempionu olan idmançı hərbi xidmətdə əsgər andı içib. Quliyev ödənişli qısamüddətli xidmət üçün hərbiyə cəlb olunan 417 nəfər sırasında yer alıb.

Qeyd edək ki, Ramil 2017-ci ildə dünya, 2018-ci ildə Avropa çempionu adını qazanıb.


Son xəbərlər