“Barselona”dan Neymar açıqlaması: "Pulu seçib bizi tərk edən futbolçular..."

“Barselona”dan Neymar açıqlaması:  "Pulu seçib bizi tərk edən futbolçular..."
DÜNYA FUTBOLU 16 Noyabr 2018 / 15:15 4777
-  A +

“Barselona”nın direktou Pep Sequra klubun keçmiş futbolçusu  Neymar haqda açıqlama verib. 

Qol.az-ın “Fanatik.com”a istinadən yaydığı məlumata görə, klub rəsmisi braziliyalı hücumçunun kluba qayıdışının gündəmdə olmadığını, ancaq bu keçidin gələcəkdə mümkün olduğunu deyib:

“Daha əvvəl pulu seçib bizi tərk edən futbolçuların geri qayıtmayacağını demişdim. Bu hələ də keçərlidir. Lakin  Neymar məsələsi fərqlidir. Hər hansı bir oyunçu ilə razılaşmamışıq. Neymar peşəkar futbolçudur. Mövcud şərtlərə görə, qarşımızdakı ən yaxşı fürsəti dəyərləndirmək məcburiyyətindəyik”.

Qeyd edək ki, 26 yaşlı futbolçu ötən il 222 milyon avro qarşılığında Kataloniya klubundan PSJ-yə transfer olunmuşdu.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı