Ronaldo evlənir

Ronaldo evlənir
DÜNYA FUTBOLU 15 Noyabr 2018 / 20:30 5559
-  A +

"Yuventus”un hücumçusu Kriştianu Ronaldo sevgilisi Corcina Rodrigeslə evlənməyə hazırlaşır.

Qol.az-ın “The Sun” nəşrinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı futbolçu Londonda istirahət zamanı sevgilisinə evlənmə təklifi edib və “hə” cavabını alıb.

Onların nişan üzüklərini də taxdıqları bildirilir. Hələlik toy mərasiminin tarixi dəqiqləşdirilməyib.

Qeyd edək ki, Corcina Ronaldonun sonuncu - 4-cü övladının anasıdır.

Son xəbərlər