"Fənərbaxça"nın yeni baş məşqçisi bilindi

"Fənərbaxça"nın yeni baş məşqçisi bilindi
XƏBƏR 15 Noyabr 2018 / 15:45 4988
-  A +

"Fənərbaxça"nın yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə İstanbul klubunun idman direktoru Damien Komolli məlumat verib. O bildirib ki, hazırda baş məşqçi səlahiyyətlərini yerinə yetirən Ervin Kumanla yola davam etmək istəyirlər:

"Kumana təklifimizi etdik. Özünə də dedik ki, komandanı sizin çalışdırmağınızı istəyirik. Məşqçi də bu məsələyə müsbət yanaşdı. Məhz onun baş məşqçi olmağını arzulayırıq".

Qeyd edək ki, Filip Kokunun istefasından sonra "Fənərbaxça"nı oyunlara Kuman çıxarırdı. Komanda onun rəhbərliyi altında keçirdiyi 3 oyunda 2 qələbə qazanıb, 1 dəfə isə heç-heçə edib.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı