Simeone "Atletiko" ilə müqavilə yeniləyir - "Marca"

Simeone "Atletiko" ilə müqavilə yeniləyir - "Marca"
XƏBƏR 15 Noyabr 2018 / 14:30 1160
-  A +

Dieqo Simeone daha bir neçə il "Atletiko"nun sükanı arxasında olacaq.

Qol.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, argentinalı mütəxəssis Madrid təmsilçisi ilə müqavilə yeniləyir. Artıq tərəflərin bununla bağlı razılığa gəldiyi bildirilib. Anlaşmanın müddəti açıqlanmasa da, Simeonenin bundan sonra klubda ən çox qazanan şəxs olacağı vurğulanıb.

Qeyd edək ki, Simeonenin hazırkı müqaviləsinin müddəti 2020-ci ilin yayına qədərdir.

Daha çox


Son xəbərlər