Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu

Farerin millimizlə oyun üçün start heyəti - 3 hücumçu
DÜNYA FUTBOLU 15 Noyabr 2018 / 12:16 2916
-  A +

Farer adaları yığmasının baş məşqçisi Lars Olsen noyabrın 17-də UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Bakıda millimizlə keçirəcəkləri oyun üçün start heyəti açıqlayıb.

Qol.az-ın "in.fo" saytına istinadən yaydığı xəbərə görə, danimarkalı mütəxəssis səfər matçında "3-4-3" taktiki sxemindən yararlanacaq. Təcrübəli çalışdırıcının ilk "11-lik"də meydana buraxacağı futbolçular isə bunlardır:

Qapıçı: Qunnar Nilsen

Müdafiəçilər: Odmar Feryo, Atli Qreqersen, Sonni Raqnar Nattestad

Yarımmüdafiəçilər: Gilli Rolandtsson Sorensen, Vilyormur Davidsen, Hallur Hansson, Roqvi Baldvinsson

Hücumçular: Solvi Vanthamar, Brandur Hendriksson, Klemint Olsen

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Farer adaları oyunu saat 21:00-da başlayacaq..


Son xəbərlər