"Hələ bütün şanslarımızı itirməmişik" - yığmamızın çalışdırıcısı

"Hələ bütün şanslarımızı itirməmişik" - yığmamızın çalışdırıcısı
XƏBƏR 14 Noyabr 2018 / 17:52 1833
-  A +

"Yaxşı futbolçulardan təşkil olunmuş komanda ilə qarşılaşdıq. Bu oyundan sonra İsrail yığmasının qrupumuzun aşkar favoriti olduğunu qeyd edə bilərəm. Onlar Avropanın bir neçə güclü komandaları ilə qarşılaşmalardan da qalib ayrılmışdılar".

Qol.az-ın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Vüqar Məmməd AFFA-nın rəsmi saytına açıqlamasında deyib. Avropa çempionatının seçmə mərhələsində İsrail yığmasına böyükhesablı məğlubiyyəti şərh edən çalışdırıcı hələ şanslarını itirmədiklərini söyləyib:

"Komanda olaraq qələbə qazanmağı çox istəyirdik. Bəlkə də həddindən artıq istəkli olmağımız oyunumuza mənfi təsir edən əsas amil oldu. Bu məğlubiyyətlə bütün şanslarımızı itirməmişik. Qarşıda iki oyunumuz var. Hər iki rəqibimizi təhlil edib vəziyyəti lehimizə çevirməyə çalışacağıq".

Qeyd edək ki, birinci qrupda mübarizə aparan yığmamız ilk oyunda bu gün İsrail seçməsinə 1:4 hesabı ilə uduzub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord