De Xea "Mançester Yunayted"dən gedir

De Xea "Mançester Yunayted"dən gedir
XƏBƏR 14 Noyabr 2018 / 16:14 3622
-  A +

"Mançester Yunayted"in qapıçısı David De Xea klubla müqaviləsinin müddətini uzatmaq niyyətində deyil.

Qol.az-ın "The Telegraph" nəşrinə istinadən yaydığı xəbərə görə, ispaniyalı qolkiper uğursuz nəticələrə görə komandadan getmək istəyir. Rəhbərlik De Xeaya həftəlik 275 min funt-sterlinq maaş təklif etsə də, onu fikrindən döndərə bilməyib.

Belə olan halda isə "qırmızı şeytanlar"ın təcrübəli qapıçını qış transfer pəncərəsində satışa çıxara biləcəyi iddia olunur. Çünki Mançester təmsilçisi gələn ilin yayında müqaviləsi başa çatacaq qolkiperi havayı buraxmaq istəmir.

Qeyd edək ki, De Xea 2011-ci ildən "Mançester Yunayted"in formasını geyinir.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord