"Sumqayıt" yeni baş məşqçisini açıqladı

"Sumqayıt" yeni baş məşqçisini açıqladı
ÖLKƏ FUTBOLU 14 Noyabr 2018 / 14:58 2810
-  A +

"Sumqayıt"ın yeni baş məşqçisi müəyyənləşib.

Qol.a-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komandanı Ayxan Abbasov çalışdıracaq. Onunla 2019/2020 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, məşqçilik karyerasına 2015-ci ildə "Zirə"nin əvəzedicilərində başlayan Abbasov  2016-cı ilin yanvarından əsas komandanın sükanı arxasına keçib. Onun rəhbərliyi altında adıçəkilən klub 2016/17 mövsümünü 4-cü pillədə tamamlayıb və Avropa Liqasına vəsiqə qazanıb (6 qələbə, 6 heç-heçə, 2 məğlubiyyət). Ayxan Abbasov 2017/2018 mövsümündə də "Zirə" ilə mövsümü 4-cü pillədə tamamlayıb (12 qələbə, 8 heç-heçə, 8 məğlubiyyət).


Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı