Modriç 1-ci, Ronaldo 2-ci, Messi 5-ci oldu

Modriç 1-ci,  Ronaldo 2-ci, Messi 5-ci oldu
DÜNYA FUTBOLU 13 Noyabr 2018 / 20:30 5316
-  A +

Goal.com öz versiyasına görə, 2018-ci ilin ən yaxşı futbolçularının adını açıqlayıb.

Qol.az-ın məlumatına görə, "Real"ın yarımmüdafiəçisi Luka Modriç ilk pillədə qərarlaşıb. Az səslə xorvat oyunçudan geridə qalan "Real"ın sabiq üzvü, hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldo ikinci, "Liverpul"un hücumçusu Məhəmməd Salah üçüncü olub. Kilian Mbappe dördüncü (Frans, PSJ),Lionel Messi (Argentina, "Barselona") beşinci pillədə yer alıb.

Qeyd edək  ki, Goal.com-un versiyasına əsasən, bundan əvvəlki iki ildə Ronaldo ən yaxşı oyunçu seçilmişdi.

Xatırladaq ki, "Goal.com" hər il bu mükafatı verir. Qalib 42 nəşrin baş redaktorları və müxbirləri arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən müəyyənləşir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord