İquain cəzalandırıldı

İquain cəzalandırıldı
DÜNYA FUTBOLU 13 Noyabr 2018 / 19:52 2272
-  A +

İtaliya Futbol  Federasiyasının İntizam Komitəsi  "Milan"ın futbolçusu Qonzalo İquaini 2 oyunluq cəzalandırıb.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, buna onun A seriyasının 12-ci turunda "Yuventus"la matçda qırmızı vərəqə alması səbəb olub. Argentinalı hücumçu 83-cü  dəqiqədə hakimlə mübahisə etdiyi üçün ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Beləliklə, İquain ölkə çempionatında "Latsio" və "Parma" lə görüşləri buraxacaq.

Qeyd edək ki, “Milan” – “Yuventus” oyunu Turin klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki