Rəhbərlik Mourinyonun qarşısına şərt qoydu

Rəhbərlik Mourinyonun qarşısına şərt qoydu
XƏBƏR 13 Noyabr 2018 / 17:57 4744
-  A +

"Mançester Yunayted" rəhbərliyi komandanın baş məşqçisi Joze Mourinyonun qarşısına şərt qoyub.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "qırmızı şeytanlar" mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, portuqaliyalı mütəxəssislə yollar ayrılacaq.

Rəhbərlik artıq onun yerinə gətirəcəyi məşqçini də müəyyənləşdirib. Mourinyo istefaya göndəriləcəyi təqdirdə komanda "Tottenhem"in baş məşqçisi Maurisio Poçettinoya tapşırılacaq.

Qeyd edək ki, Mourinyonun "Mançester Yunayted"lə 2020-ci ilin yayına qədər müqaviləsi var. Əgər təcrübəli mütəxəssis vaxtından əvvəl istefaya göndərilsə, ona 15 milyon funt-sterlinq təzminat ödəniləcək.

Son xəbərlər