“Futbolçulara ödənilən pullar yersizdir” - Mbappe

“Futbolçulara ödənilən pullar yersizdir” -  Mbappe
DÜNYA FUTBOLU 13 Noyabr 2018 / 17:00 3676
-  A +

PSJ-nin futbolçusu Kilian Mbappe futbolçuların yüksək məbləğli maaş almasına münasibət bildirib.

Qol.az-ın məlumatına görə, bu haqda İsveçrə mətbuatına danışan 19 yaşlı hücumçu bəzi futbolçulara ödənən pulların yersiz olduğunu deyib:

“Mən sadə bir ailədən gəlirəm, buna görə də açıq danışa bilərəm. Fikrimcə, futbolçulara ödənilən pullar yersizdir. Bəli, həqiqətən də lazımsızdır, amma belədir. Artıq futbolçu bazarı belə işləyir. Təkcə mən futbol dünyasında dəyişiklik edə bilmərəm. Özüm də bu sistemin içindəyəm”.

Qeyd edək ki, K. Mbappe mövsümün əvvəlində “Monako”dan 180 milyon avroya Paris klubuna transfer olunub.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın